Masallıda Dövlət Aqrar İnkişaf Mərkəzinin açılışı olub

Masallıda Dövlət Aqrar İnkişaf Mərkəzinin açılışı olub Bakı. 27 noyabr. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyinin Masallı rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) açılışı olub.
ASK
27 Noyabr , 2018 11:26
Masallıda Dövlət Aqrar İnkişaf Mərkəzinin açılışı olub
0 : 00
0 : 00

Bakı. 27 noyabr. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyinin Masallı rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) açılışı olub.

“Report” xəbər verir ki, açılış mərasimində nazir İnam Kərimov da iştirak edib.

O bildirib ki, rəhbərlik etdiyi qurumun məqsədi bütün aqrar xidmətlərin vahid mərkəzdən göstərilməsidir.

“Mərkəzdə 68 xidmət təqdim olunur. Əsas məqsəd şüarımıza uyğun olaraq fermerlərin yanında olmaqdır”, - nazir deyib.

İ.Kərimov həmçinin bildirib ki, yaxın 3 il ərzində 10 minə yaxın könüllünün aqrar sektora cəlb edilməsi, bununla bağlı ayrıca proqramın həyata keçirilməsi nəzərdə tutulub.

“Hər bir DAİM-də könüllülər fəaliyyətə başlayıb. Onların məqsədi yerlərdə fermerlərə dəstək olmaqdır”, - o əlavə edib. 

Son xəbərlər

Orphus sistemi