Macarıstan Azərbaycana birgə toxum fondunun yaradılmasını təklif edib

Macarıstan Azərbaycana birgə toxum fondunun yaradılmasını təklif edib İki ölkə əməkdaşlıq əlaqələrini praktiki müstəviyə keçirməyi düşünürlər
ASK
28 İyun , 2016 18:22
Macarıstan Azərbaycana birgə toxum fondunun yaradılmasını təklif edib

Bakı. 28 iyun. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün Macarıstanın xarici işlər və ticarət naziri, Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri Piter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

H.Əsədov Azərbaycan ilə Macarıstan arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək bu ilin may ayında Macarıstana səfəri çərçivəsində keçirilən görüşlərin aqrar sahədə əlaqələrin daha da inkişafı üçün əhəmiyyətli olduğunu nəzərə çatdırıb.

P.Siyarto isə iki ölkə arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini diqqətə çatdırıb və Azərbaycan Prezidenti ilə Macarıstanın baş naziri arasında imzalanmış müqavilələrin iki ölkə arasında aqrar sahədə də əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. 

Nazir birgə toxum fondunun yaradılması, kənd təsərrüfatı sahəsi üzrə elm və təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və Macarıstandan Azərbaycana iribuynuzlu mal-qaranın idxal edilməsi, qoyunçuluq sahəsində texniki yardım göstərilməsi, qida təhlükəsizliyi sahəsində əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb.

P.Siyarto həmçinin elm-təhsi sahəsində əlaqələrin daha inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektorunu Macarıstana səfərə dəvət edib.

H.Əsədov Macarıstandan iribuynuzlu mal-qaranın idxal edilməsi, hibrid qarğıdalı toxumunun alınması və toxumçuluq üzrə birgə müəssisələrin yaradılması, müxtəlif kənd təsərrüfatı bitkilərinin (üzüm, buğda, arpa, qarğıdalı və tərəvəz) seleksiyası, toxumçuluq və tingçilik üzrə təcrübə mübadiləsi, bu ölkədən yüksək məhsuldar qoyun cinslərinin gətirilməsi, iki ölkənin elm-təhsil müəssisələri arasında əlaqələrin daha da inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyi sahəsində Macarıstan təcrübəsinin öyrənilməsi, bu sahələrdə texniki dəstəyin göstərilməsini nəzərə çatdırıb.

Nazir Azərbaycandan Macarıstana kənd təsərrüfatı və ərzaq məhsullarının, o cümlədən meyvə, nar şirələrinin ixracının artırılması üçün müzakirələrin aparılması və bu istiqamətdə əməkdaşlığın artıq praktiki müstəviyə keçirilməsini məqsədəuyğun sayıb.

Son xəbərlər

Orphus sistemi