Yuxarı

Kürdəmirdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı baş tutub

​Kürdəmirdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı baş tutub

Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

“Report” xəbər verir ki, Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayıllı, Astara, Biləsuvar, Saatlı rayonlarının ardınca növbəti səyyar satış mart ayının 14-də Kürdəmir rayonunun Karrar qəsəbəsində baş tutub. Bu kəndə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlanıblar.

Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edirlər.

Kürdəmir rayonunda keçirilən səyyar satış zamanı Karrar və ətraf 11 kənd üzrə 32 vətəndaş səyyar satışdan güzəştli şərtlərlə gübrə əldə etmişdilər. Kürdəmirdə keçirilən səyyar satışda 38,85 ton ammonium nitrat gübrəsi satılıb.

Sabah mart ayının 15-də Xaçmaz rayonunun Ləçət kəndində mineral gübrələrin güzəçtli şərtlərlə növbəti səyyar satışı keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi