Yuxarı

Koronavirus Azərbaycanda ərzaq qıtlığı yaratmayacaq

Koronavirus Azərbaycanda ərzaq qıtlığı yarada bilərmi?
Dinlə

1311

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda koronavirus infeksiyasının yayılması ilə əlaqədar xüsusi karantin rejiminin müddətinin uzadılması halında ölkənin ərzaq məhsulları ilə təminatında problem yaranacağı ilə bağlı yayılan iddialara cavab verib.

Qurumun mövqeyini "Report"a nazir müavini İlhamə Qədimova açıqlayıb. 

Onun sözlərinə görə, qıtlıq barədə danışmaq düz deyil: "Ölkədə payızlıq buğda və arpa əkinləri koronavirus yayılmadan aparılmışdı. Həmin əkinlər üzrə məhsul yığımı yayda həyata keçiriləcək. Yazlıq əkinləri üçün əkin sahələri müəyyənləşdirilib, hazırda torpaq becərmə işləri, o cümlədən səpinqabağı işlər həyata keçirilir. Gübrə, pestisid, toxum və digər zəruri mal-materiallar öncədən tədarük edilib, aidiyyəti kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilib. Yazlıq əkinlər isə aprelin 10-dan başlayaraq may ayının birinci ongünlüyünə qədər davam edir. Hesab edirəm ki, yazlıq bitkilərin əkini və tədarükü ilə bağlı problemlər gözlənilmir. Hazırda əkin aparılacaq sahələrdə mövsumi işlər davam etdirilir. Dövlət tərəfindən bu məhsulların toplanmasında və bazara çıxarılmasında fermerlərə maksimum dərəcədə kömək edilir", - o qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi