Komitə sədri:​ "Devalvasiyaya baxmayaraq, ticarət dövriyyəsi sabit qalıb"

Komitə sədri:​ "Devalvasiyaya baxmayaraq, ticarət dövriyyəsi sabit qalıb" Ötən il qaçaqmalçılıqla bağlı 300 cinayət işi açılıb
ASK
29 Yanvar , 2016 11:18
Komitə sədri:​ Devalvasiyaya baxmayaraq, ticarət dövriyyəsi sabit qalıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycanda milli valyutanın iki dəfə devalvasiya olmasına baxmayaraq, ticarət dövriyyəsinin həcmi sabit qalıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. 

A.Əliyev deyib ki, ötən il xarici ticarət dövriyyəsi 2014-cü ilə nisbətən 60 mln. dollardan artıq olub: "Ötən il Avropa Oyunları ilə bağlı bəzi vasitələrdən vergitutma məhdudlaşıb. Həm də bəzi məhsullar var ki, onlar da gömrük rüsumları və vergilərdən azaddır".

Komitə sədri deyib ki, ötən il gömrük orqanlarında qaçaqmalçılıqla mübarizə sahəsində 300 cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi