Yuxarı

KOBİA Qusarda kələm satışı ilə məşğul olan fermerlərə dəstək göstərib

​KOBİA Qusarda kələm satışı ilə məşğul olan fermerlərə dəstək göstərib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Qusarın Düztahir və Gican kəndlərinin fermerlərinə məhsul satışında dəstək göstərib.

KOBİA-dan “Report”a verilən məlumata görə, kənd sakinləri Agentliyin Qusar “KOB Dostu”na müraciət edərək əkdikləri kələmi sata bilmədiklərini və bu sahədə onlara dəstək göstərilməsini istəyiblər.

KOBİA-nın dəstəyi və əlaqələndirməsi ilə Düztahir və Gican kəndlərinin 7 fermer təsərrüfatında yetişdirilən 5 ton kələm “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən satın alınıb. Düztahir və Gican kəndlərinin digər fermerlərinə də kələmin satışında dəstək göstəriləcək.

Qeyd edək ki, KOBİA-nın başlıca fəaliyyət istiqamətlərindən biri də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin yerli və xarici bazarlara çıxışına dəstək olmaqdır. Bu məqsədlə Agentlik tərəfindən müvafiq dəstək tədbirləri həyata keçirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi