Yuxarı

Kənd təsərrüfatı təyinatlı torpaq sahələri coğrafi informasiya sisteminə daxil edilib

Kənd təsərrüfatı təyinatlı torpaq sahələri coğrafi informasiya sisteminə daxil edilib
“Azersky” peyki ilə də bitki örtüyü, məhsuldarlığın hesablanması və digər məsələlər öyrənilir

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycanda “Elektron kənd təsərrüfatı” sisteminin proqram təminatı yaradılıb, kənd təsərrüfatı sahələrinə dair qrafik məlumatlar coğrafi informasiya sisteminə daxil edilib.

Bu, Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumatda bildirilib.

"İdarəetmədə şəffaflığın və səmərəliliyin artırılmasının mühüm vasitəsi kimi elektron hökumətin genişləndirilməsi siyasətinə əsasən, ölkədə Avropa təcrübəsinə uyğun “İnteqrasiya olunmuş nəzarət sistemi” (İACS) prinsiplərinə əsaslanan “Elektron kənd təsərrüfatı” sisteminin yaradılması istiqamətində qısa müddətdə genişmiqyaslı işlər görülüb. Beynəlxalq ekspertləri cəlb etməklə müvafiq proqram təminatının yaradılması işi başa çatdırılıb, 4,87 mln. hektar kənd təsərrüfatı təyinatlı torpaqlar, o cümlədən 1,59 mln. hektar əkin, 104 min hektar çoxillik bağlar, 1,60 mln. hektar otlaq və digər kənd təsərrüfatı sahələrinə dair qrafik məlumatlar Avropa standartlarına uyğun keyfiyyətdə hazırlanaraq, xəritəəsaslı coğrafi informasiya sisteminə daxil edilib. Eyni zamanda, “Azersky” peykinin təsvirləri əsasında “məsafədənayırdetmə” texnologiyalarından istifadə etməklə bitki örtüyü, məhsuldarlığın hesablanması, torpağın münbitlik vəziyyəti və s. məsələlərlə bağlı “Azərkosmos” ASC ilə müvafiq işlər aparılır və seçilmiş pilot ərazilərdə testlər həyata keçirilir", - məlumatda qeyd edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi