Bakı. 18 dekabr. REPORT.AZ/
“Report” xəbər verir ki, bu barədə xidmətin rəisi Mirzə Əliyev 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bununla da, rəhbərlik etdiyi qurumun 2007-ci ildən bəri kredit verdiyi fermerlərin sayı 22 minə, kreditlərin ümumi məbləği isə 210 mln. manata çatıb.
“Bu il dövlət xidmətinin xətti ilə kredit alanlardan 84-ü heyvandarlıq, 19-u isə bağçılıqla məşğul olur. Kredit portfeli 10 bank, 11 bank olmayan kredit təşkilatı və 19 kredit ittifaqı arasında bölüşdürülüb. Bundan başqa, xidmət 20 layihənin icrasına qərar verib. Bunlardan 13-ü icra olunmaqdadır, 7-nin isə icrasına yaxın vaxtlarda başlanacaq”, - deyə M.Əliyev bildirib.
Onun sözlərinə görə, dövlət xidməti sağlam kredit təşkilatları ilə əməkdaşlıq etməkdə, eləcə də fermerlərin maliyyələşdirilməsi prosesinin sadə olmasında maraqlıdır: “Kredit üçün tələb olunan sənədlərin sayını əhəmiyyətli dərəcədə azaltmışıq. Girovla bağlı tələbi xidmət deyil, müvəkkil kredit təşkilatları irəli sürür. Amma çalışırıq ki, bu istiqamətdə də nə isə edək”.