Yuxarı
    Bağlamaq

    Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Dövlət Xidmətinin rəisi vəzifəsinə təyinat olub - EKSKLÜZİV

    Dinlə
    Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə Mirzə Əliyev rəhbərlik edəcək

    Bakı. 10 may. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə yeni rəis təyin edilib.

    “Report”un əldə etdiyi məlumata görə, bu, Mirzə Əliyevdir. 

    O, bundan əvvəl "Azərbaycan Dəmir Yolları" QSC-də, "Kapital Bank" ASC-də, BTM-nin Cenevrədəki (İsveçrə) ofisində çalışıb. 

    Xatırladaq ki, indiyə qədər Dövlət Xidmətinə rəhbərlik etmiş Rüfət Rüstəmzadə bu ilin fevral ayında Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini təyin edilib. Bu təyinatdan sonra onun səlahiyyətlərini müvəqqəti olaraq müavini Zaur Əliyev icra edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi