Yuxarı

Kənd Təsərrüfatı Nazirliyinin Həmkarlar İttifaqı Komitəsi beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan daha bir beynəlxalq tədbirdə təmsil olunub

Mayın 21-24-də Avstriyanın paytaxtı Vyanada Avropa Həmkarlar İttifaqları Konfederasiyasının 14-cü qurultayı keçrilib. 

"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, qurultayda Avropanın 38 ölkəsinin milli həmkarlar ittifaqlarından 600 nümayəndə iştirak edib.

Beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadasov, Kənd Təsərrüfatı Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov təmsil edib.

Tədbirdə təşkilatın fəaliyyət hesabatı müzakirə edilib, növbəti dövr üçün fəaliyyət planı təsdiqlənib.

Qurultay müddətində Azərbaycan nümayəndə heyəti və Avropa Milli Həmkarlar İttifaqları Mərkəzlərinin əməkdaşları arasında görüş keçirilib, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi