​Kənd Təsərrüfatı Nazirliyində yeni kadr təyinatı olub

​Kənd Təsərrüfatı Nazirliyində yeni kadr təyinatı olub Dövlət Fitosanitar Nəzarəti Xidmətinə yeni rəis müavini təyin edilib
ASK
23 Sentyabr , 2015 10:56
​Kənd Təsərrüfatı Nazirliyində yeni kadr təyinatı olub

Bakı. 23 sentyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində yeni təyinat olub. Nazirlikdən "Report"a daxil olan məlumata görə, Yaqub Məmmədəli oğlu Cəfərov müvəqqəti olaraq xidmət rəisinin müavini təyin edilib. Bununla bağlı kənd təsərrüfatı naziri əmr imzalayıb.

Qeyd edək ki, Y.Cəfərov elmi fəaliyyətə 1989-cu ildə Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun “Proqnoz” laboratoriyasında başlayıb, 2001-ci ildən Gəncə Dövlət Universitetində müəllim işləyib, 2012- 2015-ci illərdə Gəncə Dövlət Aqrar Universitetində bitki mühafizəsi üzrə ali təhsilin hər üç səviyyəsində (bakalavr, magistratura və doktorantura ) elmi-pedaqoji fəaliyyətini davam etdirib, daha sonra universitetdə dosent vəzifəsində çalışıb.

1986-cı ildə “Bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi ” üzrə aspiranturaya daxil olub, namizədlik dissertasiyasını müdafiə edərək, biologiya elmləri namizədi alimlik dərəcəsi alıb, hazırda doktorluq dissertasiyası üzərində işləyir.

Pedaqoji fəaliyyətinin 14 ili ərzində 1 dərs vəsaiti, 3 metodiki vəsait, Təhsil Nazirinin qrifi ilə 19 fənn proqramı və s. nəşr etdirib.

Son xəbərlər

Orphus sistemi