Kənd Təsərrüfatı Nazirliyində fermer qadınlarla görüş keçirilib

Kənd Təsərrüfatı Nazirliyində fermer qadınlarla görüş keçirilib Bakı. 15 oktyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyində Ümumdünya Kəndli Qadınlar Günü münasibətilə fermer qadınlarla görüş keçirilib.
ASK
15 Oktyabr , 2018 18:34
Kənd Təsərrüfatı Nazirliyində fermer qadınlarla görüş keçirilib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyində Ümumdünya Kəndli Qadınlar Günü münasibətilə fermer qadınlarla görüş keçirilib. 

"Report" Nazirliyə istinadən xəbər verir ki, görüşdə nazir müavini Seyfəddin Talıbov, nazirin müşaviri Şəbnəm Məmmədova, Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov iştirak ediblər.

S.Talıbov qadınların kənd təsərrüfatındakı rolunu yüksək qiymətləndirib. Dünyada hər 4 nəfərdən 3-nün kənd yerlərində yaşadığını qeyd edən nazir müavini dünyadakı yoxsulluq həddinin azaldılmasında qadınların rolunun yüksək olduğunu vurğulayıb.

Onun sözlərinə görə, BMT aqrar sahənin inkişafına xüsusi əhəmiyyət verir. Azərbaycanda da sözügedən sahə daim dövlətin diqqət mərkəzidədir: “Hazırda respublikada yoxsulluq səviyyəsi çox aşağıdır. Ölkəmizdə yoxsulluq həddi son 15 ildə 10 dəfədən çox azalaraq 4,9 faizə enib. Dünyada ciddi şəkildə narahat doğuran problemlər Azərbaycanda artıq öz aktuallığını itirib. Lakin bu da faktdır ki, dünya üzrə 870 milyondan artıq insan aclıqdan əziyyət çəkir və baş verən çaxnaşma və hərbi qarşıdurmalar bu problemi bir qədər də aktuallaşdırır. Bu səbəbdən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dünya ölkələrini bu aktual məsələnin həllinə çağırır”.

Nazir müavini aqrar sahədə çalışan fermer qadınlara ölkə rəhbərliyi tərəfindən yaradılan münbit şəraitdən də söz açıb.

Ş.Məmmədova və A.İsmayılov isə fermer qadınların sosial-iqtisadi həyatda oynadığı rol barədə danışıb, iştirakçıları Ümumdünya Kəndli Qadınlar Günü münasibətilə təbrik ediblər.

Tədbirdə iştirak edən fermer qadınlar dövlətin onların əməyinə verdiyi yüksək qiymətdən razılıqlarını ifadə ediblər. 

Son xəbərlər

Orphus sistemi