​Kənd Təsərrüfatı Nazirliyi xəbərdarlıq edib

​Kənd Təsərrüfatı Nazirliyi xəbərdarlıq edib Qurum məhsul istehsalçılarını biçindən sonra samanla ehtiyatlı davranmağı tövsiyə edir
ASK
6 Avqust , 2015 10:20
​Kənd Təsərrüfatı Nazirliyi xəbərdarlıq edib

Bakı. 6 avqust. REPORT.Az/ Kənd Təsərrüfatı Nazirliyi taxıl sahələrində kövşənliklərin (biçindən sonra sahələrdəki qalıq ot) yandırılması ilə bağlı məhsul istehsalçılarına müraciət edib. Nazirlikdən "Report"a daxil olan məlumata görə, taxıl sahələrinin biçindən sonra yandırılması torpaqda üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına səbəb olur. Samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, bunun da bərpa olunması üçün əlavə resurslar və uzun müddət tələb olunur. Belə ki, 1 hektar sahədə samanın yandırılması nəticəsində 40-50 kq azot, 70-80 kq fosfor, 90-100 kq-a qədər kalium elementi və 1-1,5 ton humus itirilir ki, bu itkini kompensasiya etmək üçün torpağın hər hektarına 10-15 ton həcmində üzvi gübrə verilməsi tələb olunur.

Eyni zamanda, biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığının 20-30% azalmasına səbəb olur. Qeyd edilənləri nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalçılarına taxıl sahələrindən samanı yandırmadan çıxarmalarını və yaxud xırdalayaraq mulça halında əkin sahələrinə verib şum və digər torpaq becərmə əməliyyatları aparmalarını tövsiyə edir.

Son xəbərlər

Orphus sistemi