Kənd Təsərrüfatı Nazirliyi Şəkidə elmi-praktik seminar keçirib

Kənd Təsərrüfatı Nazirliyi Şəkidə elmi-praktik seminar keçirib Bakı. 1 aprel. REPORT.AZ/ Şəki rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, Şəki Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Payızlıq taxıl əkinlərinin vəziyyətinin qiymətləndirilməsi və müvafiq kompleks yaz tarla işlərinin elmi əsaslarla aparılması” mövzusunda elmi-praktiki seminar keçirilib.
ASK
2 Aprel , 2018 12:50
Kənd Təsərrüfatı Nazirliyi Şəkidə elmi-praktik seminar keçirib

Bakı. 1 aprel. REPORT.AZ/ Şəki rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, Şəki Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Payızlıq taxıl əkinlərinin vəziyyətinin qiymətləndirilməsi və müvafiq kompleks yaz tarla işlərinin elmi əsaslarla aparılması” mövzusunda elmi-praktiki seminar keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, seminarda çıxış edən Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”-ndə taxılçılığın inkişaf etdirilməsi ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin icrası,kənd təsərrüfatı məhsulu istehsalçıları ilə elmi- tədqiqat institutları arasında birgə əməkdaşlığın əhəmiyyəti haqqında danışıb.

Tədbirdə “İnformasiya-məsləhət xidməti sahəsində beynəlxalq təcrübənin tətbiqi”, fermerlərin maarifləndirilməsi məqsədilə “Yeni taxıl sortlarının dəmyə şəraitində potensial məhsuldarlığı və ona təsir edən amillər,Bugda əkinlərində müşahidə olunan zərərli orqanizmlər və onlara qarşı kompleks fitosanitar tədbirlər”i mövzularında təqdimat və çıxışlar olub. Çıxışlarda fermerlərə səmərəli gübrə norma və nisbətlərinin buğdanın dən məhsuldarlığına və keyfiyyətinə təsiri, keyfiyyəti şərtləndirən amillər və qoyulan tələblər,alaqlara və xəstəliklərə qarşı mübarizə tədbirləri haqqında ətraflı məlumat verilib. Həmçinin rayonda taxılçılığın prioritet sahə olduğu və hazırkı dövrdə taxıl əkinlərində aparılan aqrotexniki qulluq işləri,taxıl əkini sahələrinin mövcud vəziyyəti,məhsuldarlığın artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Seminarda iştirakçıların sualları müvafiq qaydada cavablandırılıb. Seminar öz işini sahə nümayişi ilə davam etdirib və iştirakçılara nümayiş əkinlərində olan sortlar haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi