Kənd təsərrüfatı nazirinin Göygöldə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Kənd təsərrüfatı nazirinin Göygöldə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib Görüş rayonun Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında baş tutacaq
ASK
12 Dekabr , 2016 11:08
Kənd təsərrüfatı nazirinin Göygöldə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Bakı. 12 dekabr. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədovun dekabrın 23-də Göygöl rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib və dekabrın 16-na keçirilib. Görüşdə Göygöl, Goranboy, Yevlax, Samux, və Daşkəsən rayonlarının sakinləri iştirak edə bilərlər.

Kənd Təsərrüfatı Nazirliyindən “Report”a verilən xəbərə görə, nazirin vətəndaşlarla görüşü rayonun Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında baş tutacaq.

Görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012) 493 51 64; (050) 352 06 27) və Göygöl rayon Kənd Təsərrüfatı İdarəsinə (050) 224 14 43; (055) 224 14 43) müraciət edə bilərlər.

Eyni zamanda, qəbula yazılmaq istəyənlər Nazirliyin Çağrı Mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi