Kənd təsərrüfatı nazirinə yeni müavin təyin olunub

Kənd təsərrüfatı nazirinə yeni müavin təyin olunub Bakı. 24 sentyabr. REPORT.AZ/ İlhamə Qədimova Azərbaycan kənd təsərrüfatı nazirinin yeni müavini təyin olunub.
ASK
24 Sentyabr , 2018 18:45
Kənd təsərrüfatı nazirinə yeni müavin təyin olunub

Bakı. 24 sentyabr. REPORT.AZ/ İlhamə Qədimova Azərbaycan kənd təsərrüfatı nazirinin yeni müavini təyin olunub.

"Report"un məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Qeyd edək ki, 1993-2009-cu illərdə Türkiyə Respublikasının Ankara və Mərmərə universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüquqi üzrə magistratura, doktorantura təhsili almış və hüquq elmləri üzrə doktordur.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

2010-2012-ci illərdə Prezident yanında Dövlət Qulluğu Komissiyasında Hüquqi təminat şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 2012-ci il 18 dekabr tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin may ayından Kənd Təsərrüfatı Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi