Kənd təsərrüfatı naziri Türkiyə səfiri ilə görüşüb

Kənd təsərrüfatı naziri Türkiyə səfiri ilə görüşüb Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb
ASK
29 Sentyabr , 2016 15:34
Kənd təsərrüfatı naziri Türkiyə səfiri ilə görüşüb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkunu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumata görə, H.Əsədov iki dost və qardaş ölkə arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı, kənd təsərrüfatı sahəsində də əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, bu əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Nazir  kənd təsərrüfatı sahəsində Azərbaycanın Türkiyə təcrübəsini yüksək qiymətləndirdiyini, ölkələr arasında bu sahədə əlaqələrin inkişafında səfir İ.A.Coşkunun böyük zəhmətini qeyd edib. Nazir səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

İ.A.Coşkun Kənd Təsərrüfatı Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyətə görə minnətdarlığını bildirib. Azərbaycanın iqtisadi inkişafının bundan sonra da sürətlə davam edəcəyinə əminliyini bildirən səfir Azərbaycandan xoş təəssüratla ayrıldığını söyləyib.

Son xəbərlər

Orphus sistemi