Yuxarı
    Bağlamaq

    Kənd təsərrüfatı naziri Salyanda sakinlərlə görüşəcək

    Qəbulda ətraf rayonun sakinləri də iştirak edə bilərlər

    Bakı. 18 sentyabr. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov sentyabrın 22-də saat 11:00-da Salyan rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Neftçala, Sabirabad, Hacıqabul və Salyan rayonlarının sakinləri ilə görüşəcək.

    Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Nazirliyə (012) 493 51 64, (050) 352 06 27) və Salyan rayon Kənd Təsərrüfatı İdarəsinə (050) 317 58 00) müraciət edə bilərlər.

    Qəbula yazılmaq üçün həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi