​Kənd təsərrüfatı naziri Masallıda vətəndaşlarla görüşəcək

​Kənd təsərrüfatı naziri Masallıda vətəndaşlarla görüşəcək Qəbulda Lənkəran, Cəlilabad, Masallı, Lerik, Yardımlı və Astara rayonlarının sakinləri ilə iştirak edə bilərlər
ASK
21 Avqust , 2015 09:25
​Kənd təsərrüfatı naziri Masallıda vətəndaşlarla görüşəcək

Bakı. 21 avqust. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov avqust ayının 28-də saat 11:00-da Masallı rayonunda Lənkəran, Cəlilabad, Masallı, Lerik, Yardımlı və Astara rayonlarının sakinləri ilə görüşəcək.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Kənd Təsərrüfatı Nazirliyinə (tel.: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi