Kənd təsərrüfatı naziri Masallıda vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Masallıda vətəndaşları qəbul edəcək Qəbul rayon kənd təsərrüfatı idarəsinin inzibati binasında olacaq
ASK
23 Oktyabr , 2017 12:00
Kənd təsərrüfatı naziri Masallıda vətəndaşları qəbul edəcək
Kənd təsərrüfatı naziri Heydər Əsədov / Report

Bakı. 23 oktyabr. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov oktyabrın 27-də, saat 11:00 da Masallı rayon kənd təsərrüfatı İdarəsinin inzibati binasında Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayonlarının sakinləri ilə görüşəcək.

“Report” bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, vətəndaş qəbulunda iştirak etmək istəyənlər nazirliə (tel.: (012) 493-51-64, (050) 352-06-27) və Masallı rayon kənd təsərrüfatı İdarəsinə (tel.: (050) 287-12-12) müraciət edə bilərlər. Qəbula nazirliyin “Çağrı mərkəzi” (16 52) və elektron poçtu ([email protected]) vasitəsi ilə də yazılmaq olar.

Son xəbərlər

Orphus sistemi