Yuxarı

Kənd təsərrüfatı naziri Masallıda vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Masallıda vətəndaşları qəbul edəcək
© Report/ Elchin Murad — Kənd təsərrüfatı naziri İnam Kərimov

Bakı. 15 oktyabr. REPORT.AZ/ Kənd təsərrüfatı naziri İnam Kərimov oktyabrın 19-da, saat 11:00-da Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayonlarının sakinləri ilə görüşəcək.

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Mərkəzə (050-287-12-12) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin 1652- Çağrı Mərkəz və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi