Goranboy rayonunda kənd təsərrüfatı naziri
Bu barədə "Report"a
Mədəniyyət Sarayında keçirilən görüşə 300-ə qədər fermer qatılıb. Görüşdə nazirliyin aparatının nümayəndələri, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbər heyəti, rayon icra hakimiyyəti strukturunun məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri də iştirak ediblər.
Fermerlərlə görüşdə çıxış edən Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib ki, ölkədə kənd təsərrüfatının inkişafına dövlət tərəfindən ciddi dəstək verilir. Dövlətin qayğı və diqqəti sayəsində rayonda taxılçılıq, pambıqçılıq, baramaçılıq və heyvandarlıq inkişaf etməkdədir. Rayonun əsas probleminin suvarma suyunun çatışmazlığı olduğunu deyən M.Quliyev bu məsələnin həlli üçün görülən işlər barədə məlumat verib.
İ.Kərimov isə çıxış edərək bildirib ki, Prezident
Nazir kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.
Fermerlərlə aktiv dialoq formatında keçirilən görüş üç saata yaxın davam edib. Görüşdə suvarma suyunun çatışmazlığı, mineral gübrələr, herbisidlər, dərmanlar və texnika təminatı, aqrar sahənin kreditləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fermerləri maraqlandırılan suallar nazirliyinin müvafiq struktur bölmələrinin rəhbərləri tərəfindən cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb. Görüş iştirakçılarına mayın 20-də Şəmkir rayonunda keçiriləcək kənd təsərrüfatı texnikasının satış yarmarkası barədə məlumat verilib, fermerlər ölkənin müxtəlif rayonlarında keçiriləcək satış yarmarkalarda aktiv olmağa çağırılıb.
Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.
Xatırladaq ki, İ.Kərimov aprel-may aylarında Saatlı, Sabirabad, Ucar, Qəbələ, Salyan, Neftçala, İsmayıllı, Ağsu rayonlarında fermerlərlə səyyar görüşlər keçirilib. Fermerlərlə səyyar görüşlər davam etdiriləcək.