Yuxarı
    Bağlamaq

    Kənd təsərrüfatı naziri Ağsuda vətəndaşları qəbul edəcək

    © Report — Kənd təsərrüfatı naziri Heydər Əsədov

    Bakı. 19 fevral. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov fevralın 23-də, saat 11:00-da Ağsu rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Ucar, Kürdəmir, Göyçay, Ağsu və Zərdab rayonlarının sakinləri ilə görüşəcək.

    “Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iştirak etmək istəyənlər quruma (012) 493-51-64, (050) 352-06-27 nömrəli telefonlar və Ağsu Rayon Kənd Təsərrüfatı İdarəsinə (050) 338-01-58 nömrəli telefonla müraciət edə bilərlər.

    Qəbula yazılmaq üçün, həmçinin KTN-in 16 52 Çağrı Mərkəzi və web@agro.gov.az elektron poçt ünvanı ilə əlaqə saxlamaq olar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi