Kamran Nəbizadə: "Pambıqçılıqda böyük problemlər, qüsurlar var"

Kamran Nəbizadə: "Pambıqçılıqda böyük problemlər, qüsurlar var" Bu sahədə xərclər optimallaşdırılmalı və şəffaflıq təmin olunmalıdır
ASK
7 Fevral , 2018 11:37
Kamran Nəbizadə: Pambıqçılıqda böyük problemlər, qüsurlar var
"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə / Report/ Elchin Murad

Bakı. 7 fevral. REPORT.AZ/ Azərbaycanda pambıqçılığın hər bir sahəsində, hər bir mərhələsində çox böyük problemlər, qüsurlar var.

“Report” xəbər verir ki, bunu “Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının 4-cü ilinin yekunları: qarşıda duran vəzifələr" mövzusunda keçirilən tədbirdə çıxışında "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə bildirib.

K.Nəbizadə qeyd edib ki, həm ölkə rəhbərliyinin, həm Korporasiya rəhbərliyinin bundan xəbəri var.

Onun sözlərinə görə, istehsaldan başlamış satışa qədər nəzarət gücləndiriıləcək. O bildirib ki, bu sahədə xərclər optimallaşdırılmalı və şəffaflıq təmin olunmalıdır.

Son xəbərlər

Orphus sistemi