IFC Azərbaycanın aqrar sektorunda risklərin idarə edilməsi üzrə yeni platforma hazırlayıb

IFC Azərbaycanın aqrar sektorunda risklərin idarə edilməsi üzrə yeni platforma hazırlayıb Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın kənd təsərrüfatı sahəsində risklərin idarə edilməsi üzrə Klara adlı yeni platforma hazırlayıb.
ASK
4 Oktyabr , 2019 12:19
IFC Azərbaycanın aqrar sektorunda risklərin idarə edilməsi üzrə yeni platforma hazırlayıb

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın kənd təsərrüfatı sahəsində risklərin idarə edilməsi üzrə "Klara" adlı yeni platforma hazırlayıb. 

"Report" xəbər verir ki, bu barədə qurumun baş mütəxəssisi Leyla Hüseynli Bakıda keçirilən “Mikromaliyyə Yol Kəsişməsində: Rəqəmsal Erada Dayanıqlı İnkişaf” mövzusunda 6-cı İnvestorlar Yarmarkası çərçivəsində təşkil olunmuş “Rəqəmsal Erada Risklərin İdarə Olunması Perspektivləri” mövzusunda plenar sessiyada məlumat verib.

Onun sözlərinə görə, bu platformanın daxilində 40 məhsul var: “Hər bir məhsul aqrar sektorda risklərin idarə edilməsi üçün Azərbaycan reallığına uyğun mexanizm təqdim edir. “Klara” əməliyyat xərclərini 30-40% azaltmağa imkan verir”. 

Yeni platformanın geniş təqdimatı oktyabrın 10-da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi