İslam İnkişaf Bankı Azərbaycana kənd təsərrüfatı layihəsi ilə əlaqədar texniki missiya göndərəcək

İslam İnkişaf Bankı Azərbaycana kənd təsərrüfatı layihəsi ilə əlaqədar texniki missiya göndərəcək Bu barədə Bankın vitse-prezidenti kənd təsərrüfatı naziri ilə görüşdə deyib
ASK
19 Yanvar , 2017 13:59
İslam İnkişaf Bankı Azərbaycana kənd təsərrüfatı layihəsi ilə əlaqədar texniki missiya göndərəcək

Bakı. 19 yanvar.REPORT.AZ/ Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankının (IDB) vitse-prezidenti Sayed Ağanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən "Report"a verilən məlumata görə, görüşün məqsədi IDB ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri ilə bağlı müzakirələrin aparılması olub.

H.Əsədov IDB-nin Azərbaycanla uzunmüddətli əməkdaşlığını vurğulayaraq, müstəqilliyin ilk illərindən ölkənin İslam İnkişaf Bankının üzvü olduğunu və bu bankın icra etdiyi layihələrin Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsində müstəsna rolu olduğunu bildirib.

H.Əsədov Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində qarşıya qoyulan əsas hədəflər barədə məlumat verərək kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələrdə təkrarlanmanın aradan qaldırılması və “Kənd yerlərininin kompleks inkişafı Layihəsi”ndə prioritet sahələrə yönəldilmiş komponentlərdə əlavə və dəyişikliklərin edilməsini məqsədəuyğun hesab etdiyini bildirib.

Xüsusilə də layihə üzrə əldə edilmiş qənaət hesabına “Suvarma sistemlərinin təmir- bərpası işləri” subkomponenti çərçivəsində su itkisinin azaldılması, su kanallarının uzun ömürlülüyünün təmin edilməsi məqsədilə mövcud torpaq işlərinin beton işləri ilə əvəzolunması, Yevlax rayonunda əlavə 4 000 hektar əkin sahəsinin etibarlı su təminatının mövcud layihə çərçivəsində həyata keçirilməsi məsələsinə baxılması, layihə ərazilərində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində toxumçuluğun inkişafı və bu sahənin yenidən qurulması, aqrar təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, elmi-tədqiqat müəssisələrində kadr hazırlığının əsas hədəflərdən biri olduğunu, aqrar investisiya ehtiyaclarının qiymətləndirilməsi və investisiya layihələrinin elmi əsaslarla hazırlanmasının məqsədəuyğun olduğunu qeyd edib.

S.Ağa Bankın fəaliyyətinin çoxşaxəli olduğunu və tərəfdaş ölkələrdə prioritet hesab olunan sahələrini nkişafına dəstək verməyi əsas hədəflərindən olduğunu nəzərə çatdırıb və "Kənd yerlərinin kompleks inkişafı Layihəsi" çərçivəsində təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyərək, ehtiyacların və yeni istiqamətlərin yerli mütəxəssislərin iştirakı ilə müəyyənləşməsi məqsədilə bank tərəfindən texniki missiyanın göndərilməsini məqsədə uyğun olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi