​İranda beynəlxalq kənd təsərrüfatı sərgisi keçiriləcək

​İranda beynəlxalq kənd təsərrüfatı sərgisi keçiriləcək Sərgi mayın 30-dan iyunun 2-dək davam edəcək
ASK
20 May , 2016 12:53
​İranda beynəlxalq kənd təsərrüfatı sərgisi keçiriləcək

Bakı. 20 may. REPORT.AZ/ İranda XXIII beynəlxalq kənd təsərrüfatı və avadanlıqları sərgisi keçiriləcək. “Report” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən xəbər verir ki, paytaxt Tehran şəhərində təşkil olunacaq sərgi mayın 30-dan iyunun 2-dək davam edəcək.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvətlidirlər.

Sərgi haqqında ətraflı məlumat əldə etmək istəyənlər İranın Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi