Yuxarı

İnam Kərimovun Yevlaxda sakinlərlə görüşünün tarixi dəyişdirilib

İnam Kərimovun Yevlaxda sakinlərlə görüşünün tarixi dəyişdirilib
© Report/ Firi Salim — Kənd təsərrüfatı naziri İnam Kərimov

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimovun Yevlax rayonunda Goranboy, Yevlax, Göygöl, Samux və Daşkəsən rayonlarının sakinləri ilə nəzərdə tutulan görüşünün tarixi dəyişdirilərək may ayının 23-nə keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Yevlax Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-435-06-06) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi