Fransanın Oksitani regionuna işgüzar səfəri çərçivəsində Azərbaycan kənd təsərrüfatı naziri
Bu barədə “Report”a
Görüşlərdə Prezident
İnam Kərimov Azərbaycanda kənd təsərrüfatının inkişafının prioritet istiqamətlərindən söz açaraq, bu sahədə mövcud təhsil və elmi-tədqiqat mərkəzlərinin, Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyətindən danışıb, tədqiqat sahəsində qarşıda duran vəzifələr və bu sahənin daha da inkişaf etdirilməsi məsələlərinə toxunub.
ENSAT-ın, İNRA-nın və Tuluza III Paul Sabatier Universitetinin rəhbərləri tədris və tədqiqat mərkəzlərinin proqramlarından bəhs ediblər.
Görüşlərdə ikitərəfli əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, hər iki ölkənin aqrar sahədəki təhsil ocaqları və elmi-tədqiqat mərkəzlərinin müəllim və tədqiqatçılarının qarşılıqlı səfərlərinin təşkili, ikili diplomların verilməsi məsələləri müzakirə olunub. Kənd təsərrüfatı sahəsində birgə elmi tədqiqatların həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.
Nazir səfər çərçivəsində Oksitani regionunun kənd təsərrüfatı və aqrar təhsil üzrə vitse-prezidenti, Ticarət və Kənd Təsərrüfatı palatasının rəhbərliyi və bu regionun iş adamları ilə də görüşlər keçirib.