İlk xəbər saat 11:49-da verilib
Bakı. 22 yanvar. REPORT.AZ/ “Azərbaycan ilə
“Report” xəbər verir ki, bunu FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının açılış mərasimində kənd təsərrüfatı naziri
Ölkəmizdə aqrar siyasətin prioritet istiqamətlərini ərzaq təhlükəsizliyinin təmin edilməsi, ölkə əhalisinin keyfiyyətli və sağlam qida məhsulları ilə təmin edilməsi və kənd yerlərinin inkişaf etdirilməsi təşkil edir. Bu hədəflər həmçinin FAO-nun əsas fəaliyyət istiqamətləri və hədəfləri ilə üst üstə düşür və beləliklə eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərinin icrasına da öz töhfəsini verir.
Bu gün dayanıqlı inkişaf məqsədlərindən olan ərzaq təhlükəsizliyinin və dayanıqlı kənd təsərrüfatının inkişafının təmin edilməsi istiqamətində Azərbaycan Respublikası hökuməti beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. BMT-nin Ərzaq və Kənd Təsəsrrüfatı Təşkilatı (FAO) bizim beynəlxalq sahədə əməkdaşlıq etdiyimiz ən mühüm təfərdaşımızdır. 2015-ci ildə FAO-nun Azərbaycanda tərəfdaşlıq ofisinin təsis olunması və
İ.Kərimov bildirib ki, 1995-ci ildə Təşkilata üzv olduğu müddətdən FAO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən proqram və layihələr ölkədə kənd təsərrüfatı sektorunun modernləşdirilməsi və davamlı inkişafında mühüm töhfələr verib. Onun sözlərinə görə, 1995-2018-ci illərdə FAO ilə birlikdə 53-ə yaxın layihə həyata keçirilib, hal-hazırda 6 layihənin icrası davam etdirilir və 4 layihənin isə yaxın müddət ərzində icrasına başlanılması gözlənilir.
“Layihələr əsasən toxumçuluq, heyvandarlıqda məhsuldarlığın artırılması, damazlıq işinin yaxşılaşdırılması, fitosanitar xidmətlərin gücləndirilməsi, ziyanvericilərə qarşı mübarizənin təkmilləşdirilməsi və digər sahələrin inkişaf etdirilməsinə yardım edir.
FAO – Azərbaycan Tərəfdaşlıq Proqramı üzrə isə 5 layihənin icrası həyata keçirilir. Bunlar “Heyvandarlığın davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi”, “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərinin yaradılması vasitəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi”, “AMAL-Aqrar məşğulluğun artırılması” və “Xəstəliklərdən azad milli kartof toxumçuluğu sisteminin yaradılması” layihələridir . Bundan əlavə, gələcəkdə bu Proqram çərçivəsində fındıqçılıq sektorunun inkişafı istiqamətində layihənin icrası nəzərdə tutulur.
Xüsusilə vurğulamaq istərdim ki, layihələrin icrası zamanı biz onun dayanıqlığına, səmərəliyinə və peşəkar mütəxəssis bazasının formalaşmasına çox önəm veririk. Hər bir layihə özünün spesifik məqsədlərinə nail olmaqla yanaşı, aqrar sektorun intensiv inkişafına təkan verməlidir.
Düşünürəm ki, Proqram çərçivəsində həyata keçiriləcək layihələr Azərbaycan Respublikası Hökumətinin prioritet hesab etdiyi kənd təsərrüfatı, kənd yerlərinin inkişafı və ərzaq təhlükəsizliyi sahələrində önəmli töhfələr verəcək”, - deyə İ.Kərimov vurğulayıb.