Yuxarı

İmişli rayonunda iki yem emalı müəssisəsi istifadəyə verilib

İmişli rayonunda iki yem emalı müəssisəsi istifadəyə verilib 1219

Bakı. 7 mart. REPORT.AZ/ İmişli rayonunun Nurulu və Şahverdili kəndlərində yem emalı müəssisələri fəaliyyətə başlayıb.

“Report” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Nazirliyin təşkilatçılığı ilə keçirilmiş tədbirdə nazir müavini Sahib Məmmədov bildirib ki, regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrası, o cümlədən İmişli rayonunun Nurulu və Şahverdili kəndlərində yem emalı müəssisələrinin istifadəyə verilməsi bölgədə aqrar sektorun inkişafı və məşğulluğun artırılmasında əhəmiyyətlidir.

Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyələşdirdiyi layihə çərçivəsində tikilən hər iki müəssisədə yem emalı üçün istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb.

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Valid Ağayev yem emalı müəssisələrinin istifadəyə verilməsinin Nurulu və Şahverdili kənd sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin genişlənməsinə və yemə olan tələbatın ödənilməsinə şərait yaradacağını diqqətə çatdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi