Azərbaycanda ilk dəfə olaraq baramaqurdunun bəslənməsi prosesi başa çatıb

Azərbaycanda ilk dəfə olaraq baramaqurdunun bəslənməsi prosesi başa çatıb Ölkədə ilk dəfə olaraq baramaqurdunun bəslənməsi prosesi başa çatıb.
ASK
25 İyul , 2019 18:58
Azərbaycanda ilk dəfə olaraq baramaqurdunun bəslənməsi prosesi başa çatıb

Ölkədə ilk dəfə olaraq baramaqurdunun bəslənməsi prosesi başa çatıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu proses Zərdab rayonunda icra olunub.

Kənd Təsərrüfatı Nazirliyi və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə olkədə ilk dəfə iyunun 26-da Cin Xalq Respublikasından 300 qram ipəkqurdu gətirilərək 250 kümçü arasında bölünüb.

Hazırda bəslənmə prosesi başa çatıb və baramanın təhvilinə start verilib. İlk gündən kümçülərdən 500 kq barama alınaraq Şəki İpəkçilik Kombinatına təhvil verilib.

Ümumilikdə, rayonda baramanın ikinci dəfə bəslənməsindən 10 -12 ton məhsul götürülməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi