Yuxarı

İlham Quliyev: "Subsidiyalaşma mexanizmini insan amili olmadan formalaşdırmaq istəyirik"

Azərbaycanda fermerlərə subsidiyalar yeni mexanizm əsasında veriləcək

"Azərbaycanda fermerlərə subsidiya verilməsi ilə bağlı mexanizmi insan amili olmadan formalaşdırmaq istəyirik". 

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib. 

"Hazırda yeni mexanizm üzərində iş gedir. Məqsədimiz bu işi şəffaf və elektron qaydada təşkil etməkdir", - deyə o qeyd edib. 

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərman imzalayıb. Fərman gələn ildən subsidiyaların fermerlərə vahid mexanizm vasitəsilə çatdırılmasını nəzərdə tutur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi