Heydər Əsədov: "Azərbaycan çəltiyə olan tələbatını daxili istehsal hesabına tam ödəyəcək"

Heydər Əsədov: "Azərbaycan çəltiyə olan tələbatını daxili istehsal hesabına tam ödəyəcək" "2017-ci ildə düyünün alınması üçün 36 mln. dollar vəsait xəclənib"
ASK
17 Fevral , 2018 13:07
Heydər Əsədov: Azərbaycan çəltiyə olan tələbatını daxili istehsal hesabına tam ödəyəcək
Report

Bakı. 17 fevral. REPORT.AZ/ "Azərbaycan 2025-ci ildə çəltiyə olan tələbatı daxili istehsal hesabına tam ödəyəcək".

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, "Azərbaycan Respublikasında çəltikçiliyin inkşafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" yekunlaşanda Azərbaycan daxili tələbatı ödəyəcək.

Nazir deyib ki, 2017-ci ildə düyünün alınması üçün 36 mln. dollar vəsait xərclənib: "Hazırda ölkədə çəltiyə olan tələbat 40 min ton təşkil edir".

H.Əsədov daxili istehsal üçün texnikaların gətirilməsinin təşkil ediləcəyini, əsasən, Koreya istehsalı olan texnikaya üstünlük veriləcəyini vurğulayıb.

Qeyd edək ki, fevralın 9-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.

Son xəbərlər

Orphus sistemi