Yuxarı

Azərbaycanın iki rayonunda ana arı yetişdiriləcək

Hansı rayonlarda sənaye üsulu ilə ana arı yetişdiriləcək?

İsmayıllı və Goranboy rayonlarında sənaye üsulu ilə ana arının istehsalı ilə bağlı layihələrə 2020-ci ildə başlanılması planlaşdırılıb.

Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Esmira Lətifova deyib.

E.Lətifova qeyd edib ki, Goranboy rayonunda Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzinin bazasında 2500 ədəd damazlıq arı yetişdirilməsi layihəsi, İsmayıllıda isə ana arı yetişdirilməsi layihəsi nəzərdə tutulub.

Onun sözlərinə görə, həmin layihələrin icrası üçün lazım olan texniki vasitələr müəyyən edilib və sözügedən layihələr Kənd Təsərrüfatı Nazirliyinin investisiya xətti ilə həyata keçirilir: “Layihələrin həyata keçirtməkdə əsas məqsəd süni ana arıların alınması və arı ailələrinin sayının artırılması, arı cinsləri ilə bağlı genofondumuzun qorunub-saxlanılması, yerli arı cinslərinin yetişdirilməsidir”.

Xatırladaq ki, Azərbaycanda arı ailələrinin sayı 500 mini keçib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi