Göygöl rayonunda sahibkarlara 800 min manat güzəştli kredit verilib

Göygöl rayonunda sahibkarlara 800 min manat güzəştli kredit verilib Göygöl rayonunun Qızılca kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib
ASK
17 Sentyabr , 2015 14:13
Göygöl rayonunda sahibkarlara 800 min manat güzəştli kredit verilib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Göygöl rayonunun Qızılca kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib.

“Report”un nazirliyə istinadən verdiyi xəbərə görə, forumda iştirak edən 130-dan çox sahibkara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib. Reallaşdırılması məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlara güzəştli kreditlər verilib.

Həmçinin, forumda Göygöl rayonunda cins heyvandarlıq, üzümçülük, arıçılıq təsərrüfatlarının, meyvə emalı və qablaşdırılması, çörək, pendir və keramika məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim edilib.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev bu ilin ötən dövrü ərzində 4 000-dən çox sahibkara 141 mln. manatdan çox güzəştli kredit verildiyini, reallaşdırılan layihələrin 8 800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verdiyini bildirib.

Qeyd olunub ki, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5 540-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 199,4 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, istixana təsərrüfatlarının, quşçuluq fabrikinin, çörək, tikinti materialları, süfrə suları istehsalı, meyvə-tərəvəz, süd emalı müəssisələrinin yaradılması kimi sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 24 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

Forum çərçivəsində Göygöl və ətraf rayonlardan olan 61 sahibkara 805 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, taxılçılıq, heyvandarlıq, quşçuluq, üzümçülük, mebel istehsalı kimi sahələrin inkişafına yönəldiləcək. Forum çərçivəsində Göygöldə dövlətin güzəştli kreditlərindən istifadə edilməklə yaradılan fermer təsərrüfatlarına baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi