“Gəncə Şərab-2” mənfəətini 76% artırıb

“Gəncə Şərab-2” mənfəətini 76% artırıb Bakı. 3 iyul. REPORT.AZ/ “Gəncə Şərab-2” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 20,04 mln. manat təşkil edib.“Report” müəssisənin maliyyə hesab...
ASK
3 İyul , 2017 11:17
“Gəncə Şərab-2” mənfəətini 76% artırıb

Bakı. 3 iyul. REPORT.AZ/ “Gəncə Şərab-2” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 20,04 mln. manat təşkil edib.

“Report” müəssisənin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 0,8% azdır.

2016-cı ildə səhmdar cəmiyyətin cəmi kapitalı 25,3% artaraq 18,033 mln. manat, cəmi öhdəlikləri isə 65,4% azalaraq 2,008 mln. manat olub.

Ötən il “Gəncə Şərab-2”nin gəlirləri 11,272 mln. manat (əvvəlki ilə nisbətən 4,9% az), xərcləri isə 7,707 mln. manat (21,6% az) təşkil edib. Son nəticədə müəssisənin vergiyəqədərki mənfəəti 3,565 mln. manat olub ki, bu da illik müqayisədə 75,8% çoxdur.

2016-cı ildə “Gəncə Şərab-2” 713 min manat mənfəət vergisi ödəyib və hesabat dövrünü 2,852 mln. manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, “Gəncə Şərab-2” ASC 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 685 340,69 manatdır. 

Son xəbərlər

Orphus sistemi