Gələn ay Kənd Təsərrüfatı Nazirliyində kredit ittifaqları ilə görüş keçiriləcək

Gələn ay Kənd Təsərrüfatı Nazirliyində kredit ittifaqları ilə görüş keçiriləcək Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarından 2-si Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə əməkdaşlıq üçün müraciət edib.
ASK
14 Dekabr , 2018 15:22
Gələn ay Kənd Təsərrüfatı Nazirliyində kredit ittifaqları ilə görüş keçiriləcək

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarından 2-si Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə əməkdaşlıq üçün müraciət edib.

Bu barədə “Report”a xidmətin rəisi Mirzə Əliyev məlumat verib. 

Onun sözlərinə görə, hazırda həmin ittifaqların kredit portfeli, maliyyə vəziyyəti təhlil edilir: “Həmin maliyyə qurumlarının hansi sahələrdə fəaliyyət göstərdikləri baxılmalı, aqrar yönümlü olub-olmadıqları müəyyən edilməlidir. Bundan sonra əməkdaşlıqla bağlı qərar verilir”.

M.Əliyev həmçinin əlavə edib ki, gələn ay rəhbərlik etdiyi qurum kredit ittifaqları ilə görüş keçirəcək. 

Son xəbərlər

Orphus sistemi