“Organic Food Festival 2019”da iştirak edən ziyarətçilərin sayı gözləniləndən çox olub

“Organic Food Festival 2019”da iştirak edən ziyarətçilərin sayı gözləniləndən çox olub Bakıda Dənizkənarı Milli Parkda orqanik məhsullar festivalında (“Organic Food Festival 2019”) gözləniləndən çox ziyarətçi iştirak edib.
ASK
24 İyun , 2019 13:18
“Organic Food Festival 2019”da iştirak edən ziyarətçilərin sayı gözləniləndən çox olub
Report/ Elchin Murad

Bakıda Dənizkənarı Milli Parkda orqanik məhsullar festivalında (“Organic Food Festival 2019”) gözləniləndən çox ziyarətçi iştirak edib.

Bunu “Report”a “Kənd Təsərrüfatı Nazirliyi"nə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nın mətbuat katibi Mayis Musayev bildirib.

Onun sözlərinə görə, 5 mindən çox ziyarətçini gözləyirdik: “Lakin “Organic Food Festival 2019” festivalına üç gün ərzində 10 mindən çox ziyarətçi gəlib”.

Festivalda 50-dən çox şirkətin 150-yə yaxın məhsul və xidmətləri təqdim olunur. Tədbirin təşkilatçıları İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-dir.

Xatırladaq ki, festival iyunun 23-ə qədər davam edib. 

Son xəbərlər

Orphus sistemi