Azərbaycanda toxum və ting istehsalçılarına subsidiyaların verilməsinə başlanılıb

Azərbaycanda toxum və ting istehsalçılarına subsidiyaların verilməsinə başlanılıb Bakı. 19 dekabr. REPORT.AZ/ Nazirlər Kabinetinin 25 iyun 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi barədə qaydalara” əsasən, toxum və ting istehsalçılarına subsidiyanın verilməsinə başlanılıb.
ASK
19 Dekabr , 2018 17:34
Azərbaycanda toxum və ting istehsalçılarına subsidiyaların verilməsinə başlanılıb
0 : 00
0 : 00

Bakı. 19 dekabr. REPORT.AZ/ Nazirlər Kabinetinin 25 iyun 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi barədə qaydalara” əsasən, toxum və ting istehsalçılarına subsidiyanın verilməsinə başlanılıb. 

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmri ilə yaradılmış Ekspert Şurasında rayon/şəhər komissiyalarından daxil olmuş müraciətlərə baxıb. Ekspert Şurasının qərarı ilə Quba, Şəmkir, Tovuz, Ağcabədi, Göyçay, Cəlilabad, Masallı, Qobustan, İsmayıllı, Füzuli, Qazax, Ağdaş, Neftçala, Ucar, Biləsuvar, İmişli, Hacıqabul, Salyan, Ağdam, Ağsu, Qəbələ, Kürdəmir, Beyləqan, Şamaxı, Oğuz, Qax, Sabirabad, Göygöl, Şabran, Samux, Xocavənd, Saatlı, Gədəbəy, Daşkəsən rayonları üzrə dövlət və özəl toxumçuluq və tinglik təsərrüfatlarına 5 409,368 min manat vəsait ödənilib. Digər rayon/şəhər komissiyalarından daxil olmuş sənədlərə Ekspert Şurasında baxılır və yaxın günlərdə toxum və ting istehsalçılarına subsidiya ödəniləcək.

Şəffaflığın təmin olunması məqsədilə fermerlər subsidiyanı “Kapital Bank” ASC-nin rayon filiallarından plastik kart vasitəsilə əldə edə bilərlər. Ekspert Şurasının yekun qərarından sonra subsidiyalar barədə ümumu məlumatlar Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi