​Bu il fermerlərə 35 milyon manatlıq kənd təsərrüfatı texnikası verilib

​Bu il fermerlərə 35 milyon manatlıq kənd təsərrüfatı texnikası verilib Onların arasında 386 ədəd kotan, 163 ədəd otbiçən, 127 ədəd taxılyığan kombayn da var
ASK
21 İyul , 2015 14:36
​Bu il fermerlərə 35 milyon manatlıq kənd təsərrüfatı texnikası verilib

Bakı. 21 iyul. REPORT.AZ/ Bu ilin birinci yarısında “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 35,6 mln. manat dəyərində 576 ədəd müxtəlif növ traktor, 386 ədəd kotan, 163 ədəd otbiçən, 127 ədəd taxılyığan kombayn verilib.

"Report"un xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Məlumata görə, hesabat dövründə, həmçinin 71 ədəd gübrəsəpən maşın, 60 ədəd çiləyici və tozlayıcılar, 56 ədəd səpici aqreqat, 56 ədəd ot-küləş presləyən, 28 ədəd traktor yedəkləri, 24 ədəd kultivator, 21 ədəd malalar, 11 ədəd taxıl-toxum təmizləyən, 11 ədəd yumşaldıcı, 10 ədəd bağarası frez, 8 ədəd ot dırmığı və 41 ədəd sair maşın və aqreqat da təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi