Yuxarı

FAO Süni Mayalanma Mərkəzinə texniki dəstək göstərəcək

​FAO Süni Mayalanma Mərkəzinə texniki dəstək göstərəcək

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Respublika Süni Mayalanma Mərkəzinə texniki yardım göstərəcək.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın təşkili və identifikasiyası şöbəsinin müdiri Esmira Lətifova bildirib.

Onun sözlərinə görə, hazırda hər bir süni mayalandırma texnikinə lazım olan avadanlığın siyahısı hazırlanıb və FAO-ya təqdim edilib: "FAO yaxın günlərdə həmin avadanlığın alınması üçün tender keçirəcək, onları aldıqdan sonra biz süni mayalandırma mütəxəsislərin yetişdirilməsi ilə bağlı təlimlərə başlayacağıq.

E.Lətifova qeyd edib ki, Süni Mayalanma Mərkəzində 150 süni mayalanma mütəxəsisinin hazırlanması, 150 köhnə mütəxəsisin təkmilləşdirilməsi, 50 nəfər embrion köçürülmə üzrə mütəxəsisin hazırlanması nəzərdə tutulur.

Xatırladaq ki, Göygöl rayonunda yerləşən Respublika Süni Mayalanma Mərkəzində 6 cins üzrə 36 baş heyvan saxlanılır. Hazırda ölkəmizdə süni mayalanma yolu ilə alınan buzovlara görə 100 manat subsidiya verilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi