​FAO-nun baş direktoru Azərbaycana gəlir

​FAO-nun baş direktoru Azərbaycana gəlir FAO ilə Azərbaycan arasında bir sıra sazişlər imzlanacaq
ASK
22 May , 2015 16:18
​FAO-nun baş direktoru Azərbaycana gəlir

Bakı. 22 may. REPORT.AZ/ BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qratsiano da Silva mayın 24-də işgüzar səfərlə Azərbaycana gələcək.

"Report"un verdiyi xəbərə görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, iki gün davam edəcək səfər çərçivəsində FAO ilə Azərbaycan arasında bir sıra sazişlərin imzlanması nəzərdə tutulub.

Səfər zamanı mayın 25-də Kənd Təsərrüfatı Nazirliyində sazişlərin imzalanma mərasimi və mətbuat konfransı keçiriləcək.

Son xəbərlər

Orphus sistemi