FAO azərbaycanlı tərəfdaşlara pomidor ixracatının sertifikatlaşdırılması üzrə metodiki vəsaiti təqdim edir

FAO azərbaycanlı tərəfdaşlara pomidor ixracatının sertifikatlaşdırılması üzrə metodiki vəsaiti təqdim edir Bakı. 17 iyul. REPORT.AZ/ Bu gün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) pomidor ixracının sertifikatlaşdırılması üzrə təlimatı maraqlı tərəflərə təqdim etmək üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətində seminar təşkil edib.
ASK
17 İyul , 2018 16:19
FAO azərbaycanlı tərəfdaşlara pomidor ixracatının sertifikatlaşdırılması üzrə metodiki vəsaiti təqdim edir

Bakı. 17 iyul. REPORT.AZ/ Bu gün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) pomidor ixracının sertifikatlaşdırılması üzrə təlimatı maraqlı tərəflərə təqdim etmək üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətində seminar təşkil edib.

FAO-dan "Report"a verilən məlumata görə, təlimat Azərbaycan üçün əsas ixrac edilən məhsullardan biri - pomidor ixracının sertifikatlaşdırılmasını asanlaşdırmaq məqsədi daşıyır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Fitosanitar Nəzarət Xidməti, “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası” və özəl sektor nümayəndələri metodiki vəsait barəsində məlumatlandırılacaq, eləcə də Azərbaycanda fitosanitar nəzarət, xüsusilə ixracın təftişi barəsində informasiya əldə edəcəklər. İştirakçılar təlimat üzrə müzakirə etmək və tövsiyələr vermək imkanına malik olacaq.

Seminar “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində təşkil edilib. Layihə Ümumdünya Ticarət Təşkilatının Standartlar və Ticarətin İnkişafı Təşkilatı tərəfindən maliyyələşdirilir və 2016-cı ilin fevral ayından başlayaraq icra edilir.

Son xəbərlər

Orphus sistemi