Azərbaycanda ət və süd məhsullarının istehsalında artım olub

Azərbaycanda ət və süd məhsullarının istehsalında artım olub Bu ilin məhsulu üçün 1044,6 min ha sahədə şum qaldırılıb
ASK
19 Yanvar , 2016 18:46
Azərbaycanda ət və süd məhsullarının istehsalında artım olub

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanda 2015-ci ildə qarğıdalı da daxil olmaqla 2999 min ton taxıl, 839,8 min ton kartof, 1273,3 min ton tərəvəz, 35 min ton pambıq, 886,3 min ton meyvə və giləmeyvə, 484,5 min ton bostan məhsulları, 157 min ton üzüm, 186,1 min ton şəkər çuğunduru, 18,9 min ton dən üçün günəbaxan, 3,5 min ton tütün, 578,9 ton yaşıl çay yarpağı toplanıb, diri çəkidə 515,6 min ton ət, 1924,4 min ton süd, 1538,6 milyon ədəd yumurta və 17 min ton yun istehsal olunub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2014-cü illə müqayisədə ət istehsalı 2%, süd istehsalı 3,7%, yun istehsalı 1,4% artıb, yumurta istehsalı isə 1,5% azalıb.

Bu il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 2708,5 min baş iribuynuzlu mal-qara, o cümlədən 1303,1 min baş inək və camış, 8674,8 min baş qoyun və keçi mövcud olub. Ötən il eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 11 min baş (0,4%), o cümlədən inək və camışların sayı 3,9 min baş (0,3%), qoyun və keçilərin sayı 29,4 min baş (0,3%) artıb.

Bu dövrdə bitkiçilik məhsulları istehsalının 11,3%, heyvandarlıq məhsulları istehsalının 2,5% artması nəticəsində kənd təsərrüfatının ümumi məhsulu üzrə artım tempi əvvəlki illə müqayisədə 6,6% təşkil edib.
Bu ilin məhsulu üçün 1044,6 min ha sahədə şum qaldırılıb, 927,4 min ha sahəyə dən üçün taxıl, o cümlədən 583 min hektar sahəyə buğda, 344,4 min hektar sahəyə isə arpa səpilib.

Son xəbərlər

Orphus sistemi