Eskpert: “Qoyunçuluq sahəsində əsas çətinliklər otlaqların degenerasiyasıdır”

Eskpert: “Qoyunçuluq sahəsində əsas çətinliklər otlaqların degenerasiyasıdır” “Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda otlaq sahələrindən istifadədə çətinliklər yaranıb”.
ASK
18 İyul , 2019 11:03
Eskpert: “Qoyunçuluq sahəsində əsas çətinliklər otlaqların degenerasiyasıdır”

“Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda otlaq sahələrindən istifadədə çətinliklər yaranıb”.

"Report" xəbər verir ki, bunu Dəyər Zənciri üzrə beynəlxalq məsləhətçi Mita Puncabi "Azərbaycanda Qoyunçuluq Dəyər Zəncirinin İnkişafı: 2025-ci ilə baxış" seminarında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda otaqlardan buğda və taxıl yetişdirmək üçün istifadə olunur.

"Qoyunçuluq sahəsində son illərdə əsas çətinliklər otlaqların degenerasiyasıdır. Bundan başqa, Ermənistanla olan münaqişə, torpaqdan istifadə siyasəti yem və yemləmə resurslarının azlığına səbəb olub. Həmçinin bazarda tələb-təklif arasında da boşluqlar var. Hazırda Azərbaycan qoyunçuluq sahəsi dönüş nöqtəsindədir. Dəyişiklik etmək lazımdır", - M.Puncabi bildirib.

Beynəlxalq məsləhətçi onu da əlavə edib ki, hazırda Azərbaycan dünyada qoyunların sayına görə dünyada 41-ci, qoyun əti istehsalına görə isə 28-ci yerdə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi