Yuxarı

Nazir müavini: "Bu il Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən 350 mindən artıq fermer qeydiyyatdan keçib"

​EKTİS-də aqrar subsidiyaların verilməsində vaxt itkisi olmayacaq

Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi bu prinsipləri ümumiləşdirilmiş şəkildə özündə birləşdirir. Hər üç prinsip fermerlərə daha keyfiyyətli xidmət göstərməyi, xidmətləri kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün daha əlçatan etməyi nəzərdə tutur”.

“Report” xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə əlaqədar Bərdə və Yevlax rayonlarında keçirilmiş görüşlərdə söyləyib.

Nazir müavini bildirib ki, yeni aqrar subsidiya mexanizminin tətbiqi aqrar sahəyə dövlət dəstəyinin elektron hökumət üzərindən həyata keçirilməsini nəzərdə tutur: “Bununla əlaqədar artıq bir ildir ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi istifadəyə verilib. İlin əvvəlindən başlayaraq görülən işlər nəticəsində 350 mindən artıq fermer yeni sistemdə qeydiyyatdan keçirlər. EKTİS fermerlərə bir sıra üstünlüklər verir. Aqrar xidmətlərin elektronlaşdırılması nəticəsində subsidiyaların verilməsinə kağız sənəd dövriyyəsi aradan qalxacaq, ünvanlılıq, əlçatanlıq daha yaxşı təmin olunacaq. Sistemdə özünə şəxsi kabinet yaradan fermerlər EKTİS üzərindən təkcə subsidiya almayacaq, həmçinin mobil telefon, planşet və masaüstü kompüter vasitəsilə aqrar xidmətləri sifariş edə biləcəklər. Xidmətlərin göstərilməsində şəffaflıq, operativlik və əlçatanlığın təmin olunması aqrar sahənin daha da inkişafına müsbət təsir göstərəcək”.

Vurğulanıb ki, fermerlər EKTİS-in tətbiqi ilə əlaqədar ortaya çıxan sualları Dövlət Aqrar İnkişaf Mərkəzlərinə və Nazirliyin 1652 saylı Çağrı Mərkəzinə ünvanlaya bilərlər. Həm DAİM-lərdə, həm də “ASAN xidmət” mərkəzlərində yaradılmış xidmət pəncərələrində fermerlərə gün ərzində informasiya-məsləhət xidməti göstərilir.

Qeyd edək ki, EKTİS-in tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə əlaqədar fermerlərə köməklik göstərmək üçün bütün rayonlarda DAİM-lər nəzdində mobil səyyar qruplar yaradılıb. Qrup üzvləri kəndlərə gedərək fermerlərə payızlıq əkinləri bəyan etməsi ilə bağlı texniki xidmət göstərirlər.

Kənd Təsərrüfatı Nazirliyi bu günədək 20 rayonda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı görüşlər keçirib. Bu cür görüşlər Azərbaycanın bütün rayonlarını əhatə edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi