Yuxarı
    Bağlamaq

    Əhalinin taxıla olan tələbatı açıqlanıb

    Dinlə

    Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycanda əhalinin taxıla olan tələbatı açıqlanıb.

    "Report"un verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Materialları Agentliyi Dövlət Taxıl Fondu üzrə  İdarənin rəisi Zülfüqar Məmmədov "Taxıl Fonduna taxılın qəbuluna dair elanla əlaqədar təşkil edilmiş tədbirdə bildirib ki, ölkədə ağ dənli toxumlardan istifadə edilir, bu isə fermerlərin nöqsanları sırasındadır.

    Onun sözlərinə görə, hər bir fermer ziyanvericilərə qarşı mübarizə aparmalıdır: "Əhalinin gübrə ehtiyatı 12% faiz təşkil edir. Fermerlər buğdanın əkilməsinə az üstünlük verirlər. Azərbaycanda hazırda buğdaya daha çox ehtiyac var. Yerli fermerlər nə qədər buğda istehsal etsələr biz onu qəbul etməyə hazırıq. Lakin söhbət keyfiyyət göstəricilərinə uyğun buğdadan  gedir. Yerli taxıl istehsalçıları keyfiyyət göstəricilərinə uyğun buğda istehsal ediblərsə, bizə təqdim etsinlər. Şəffaflıq üçün  Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyinə də müraciət etmişik ki, analiz prosesində onların əməkdaşları iştirak etsinlər".

    Onun sözlərinə görə, ötən il 1 ton buğdanın qəbulu üçün qiymət 270-280  manat arasında dəyişib, bu il isə 300 manat məbləğindədir: "Ötən il ərzində un istehsal edən şirkətlər tərəfindən 58 min ton buğda alınıb. Bu fondla müqayisədə çoxdur, çünki un istehsal edən şirkətlər keyfiyyət dərəcəsi orta olan buğdalardan da un istehsal edə bilirlər. Biz beynəlxalq normalara və qeyd etdiyimiz standartlara uyğun olan məhsulları qəbul edirik. Əhalinin sayına və beynəlxalq tibbi normalardan aslı olaraq, Nazirlər Kabinetinin təsdiq etdiyi ərzaq bazarı səbətinə görə illik 1 mln. 800 min ton taxıl yığılır. Bunu isə Nazirlər Kabinetinin ayırdığı kvota əsasında 3 aylıq hissəsini tədarük etməyə imkan verir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi