Dövlət Fitosanitar Xidmətinin əməkdaşları Özbəkistanda rəsmi səfərdədir

Dövlət Fitosanitar Xidmətinin əməkdaşları Özbəkistanda rəsmi səfərdədir Bakı. 13 noyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin rəis müavini Yaqub Cəfərov, Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Daməd Sultanov və Abşeron Bioloji Laboratoriyasının müdiri Mehrəli Mehrəliyevdən ibarət nümayəndə heyəti Özbəkistanda rəsmi səfərdədir.
ASK
13 Noyabr , 2018 15:52
Dövlət Fitosanitar Xidmətinin əməkdaşları Özbəkistanda rəsmi səfərdədir

Bakı. 13 noyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin rəis müavini Yaqub Cəfərov, Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Daməd Sultanov və Abşeron Bioloji Laboratoriyasının müdiri Mehrəli Mehrəliyevdən ibarət nümayəndə heyəti Özbəkistanda rəsmi səfərdədir.

"Report" bu barədə Nazirliyə istinadən xəbər verir. 

Məlumata görə, nümayəndə heyəti Dövlət Fitosanitar Xidmətinin keçirdiyi tenderlə əldə edilmiş habrobrokan və trixoqrammanın yetişdirilməsində istifadə edilən yeni avadanlıqların alınması məqsədilə bu ölkəyə səfər edib.

Səfər çərçivəsində həmçinin Azərbaycanla Özbəkistan arasında adıçəkilən həşəratların yetişdirilməsi ilə əlaqədar təcrübə mübadiləsi aparılıb. Eyni zamanda bu həşəratların istehsal prosesinin yerli iqlim şəraitinə uyğunlaşdırılması, onların istehsalı prosesi zamanı ortaya çıxacaq problemlərin aradan qaldırılması və avadanlıqların müasir tələblərə uyğun olaraq hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti Özbəkistanın “Meximaş” MMC-yə məxsus zavodun rəhbərliyi ilə görüşüb və zavodda bioloji avadanlıqların istehsal prosesini izləyib, eyni zamanda zavodda istehsal olunan avadanlıqların tətbiq olunduğu bioloji laboratoriya ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi