Dövlət Fitosanitar Nəzarəti Xidməti tender keçirir

Dövlət Fitosanitar Nəzarəti Xidməti tender keçirir Qurum laboratoriya avadanlıq və cihazları, çiləyici aqreqatlar, xüsusi təyinatlı nəqliyyat vasitələri, traktorlara aid ehtiyat hissələri almaq istəyir
ASK
16 Sentyabr , 2017 17:23
Dövlət Fitosanitar Nəzarəti Xidməti tender keçirir

Bakı. 16 sentyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) laboratoriya avadanlıqlarının və cihazlarının satın alınması (lot-1), eləcə də çiləyici aqreqatlar, xüsusi təyinatlı nəqliyyat vasitələrinin və traktorların ehtiyat hissələrinin satın alınması (lot-2) məqsədi ilə açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 1-ci lot üzrə 500 manat, 2-ci lot üzrə isə 250 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 6-na qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə oktyabrın 18-nə qədər DFNX-nin Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, 7a ünvanındakı inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Vaqif Hüseynovdir (tel: (012) 562 85 13, daxili 120).

Təkliflərə oktyabrın 19-da, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi